Erməni mediası: ''Azərbaycanın gələcəkdə irəliləməsinin qarşısını almaq üçün yeganə çıxış yolu...''

11.07.2016 20:30     Dünyadan reaksiya     866

Aprel döyüşləri Ermənistan ictimaiyyətini gerçək həyata geri qaytarıb. Erməni xalqı sanki şirin yuxudan ayılıb. İndi onlar üçün bu yuxu daha dəhşətli kabusla əvəzlənib: döyüş meydanında Azərbaycanla təkbətək qalmaq qorxusu...

Bunu Ermənistanda hətta dövlət səviyyəsində belə gizlətmirlər. Bu səbəbdən ermənilərin əsas qəzəbi onları bu qorxudan uzun müddət azad edən, indi bu kabusla baş-başa buraxan Rusiyadır.
 
Əvvəllər Ermənistanda ATƏT müşahidəçilərinin regionda fəaiyyətlərini gücləndirilməsi məsələsinə soyuq yanaşırdılar. Hətta ATƏT-in bölgədə monitorinqi zamanı müşahidə aparan şəxslərə Ermənistan tərəfdən atəş açıldığı hallar da olub.
 
Indi isə Ermənistanda ATƏT-in nəzarət mexanizmlərinin gücləndirilməsi mövqeyindən bərk yapışıblar. Onlaırn fikrincə, bu Azərbaycanın gələcəkdə cəbhədə irəliləməsinin qarşısının alınması üçün yeganə çıxış yoludur.
 
Erməni analitiklərinə görə bu həm də Qarabağda uzun müddət davam edən status-kvonun davam etdirilməsi, yəni Azərbaycanın torpaqlarının uzun müddət işğal altında saxlanılması üçün əla zəmin yaradar. 
 
lragir.am saytının baş redaktiru Aykazn Qaqriqyanın təhlil xarakterli yazısından da bu anlaşılır.
 
Bu məqalədən də görünür ki, NATO-nun Varşava bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünə dəstək xarakterli bəyanat verilməsi sonra Ermənistan mühitində, xüsusilə özlərini qərbyönümlü və NATO tərəfdarı olduğunu iddia edən kəsim arasında böyük pərtlik yaradıb.
 
Ermənilər Nalbandyann dediyi kimi, “bu, əslində o demək deyil və ya bu o deməkdir...” formulasından çıxış edərək özlərinə təsəlli verməklə məşğuldurlar.
 
Məsələn, Qaqriqyan bəyannamədə ərazi bütövlüyü prinsipinin xalqların öz müqəddəratını həll edilməsi prinsipi ilə yanaşı çəkildiyini iddia edir. Qaqriqyana görə, bu iki prinsipin tətbiq edilməsi məsələsi konyukturdan asılı olaraq dəyişə bilər.
 
Halbuki NATO-nun Varşava bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyən müddəalar yer alıb.
 
Qaqriqyan aprel döyüşlərindən sonra Qarabağ münaqişəsinin nizamlanması prosesinin iki variant üzrəində getdiyini bildirir. Onun fikrincə, 1-ci variant “hazırkı hüdudlarda sərhəddə monitorinq mexanizmlərini yerləşdiməklə status-kvonu tanımaq” , 2-cisi isə “sülhməramlıların bölgəyə yerləşdirilməsi ilə ərazi mübadiləsinin əvəzinə statusun tanınması”nı nəzərdə tutur.
 
Qaqriqyan birinci variantın nisbi olaraq Qərbə, ikincini isə Rusiyaya məxsus olduğunu iddia edir.
 
Erməni analitik Qərbin bu məsələdə Ermənistanı tək qoymadığını bildirir. Onun fikrnicə, məhz Qərbin sərt təpkisindən sonra Rusiya ATƏT-dən ayrı üçtərəfli formatın formalaşdırılması fikrindən vaz keçib. Daha sonra isə Rusiyanın Azərbaycandakı səfiri Aleksandr Doroxin bölgəyə sülhməramlıların yerləşdiriməsinin gündəmlərində olmadığını bildirib. Nəhayət, Putin Obama ilə telefon danışığında Qarabağ probleminin istisnasız Minsk qrupunun çərçivəsində həll olunacağına əmin edib.
 
“Lakin hər iki variant bir nöqtədə kəsişir-Qarabağın statusunun tanınması. Qeyd edək ki, burada Bakı daha çox təzyiq hiss edir” deyə erməni millətçi yazar iddia edərək davam edir:
“Azərbaycan bu statusun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində veriləcəyini, Ermənistan isə xalqların öz müqəddaratını həll etmək prinsipi ilə çözülməsinin tərəfdarıdır”. 
 
Erməni yazarın fikrincə, Qarabağ münaqişəsi yeni qlobal status-kvonun çərçivəsində həll oluna bilər və seçim variantı tərəflərin hansı ölçüdə yeni dünya düzəninin qurulması siyasətinə adekvat olacağından asılı olacaq.
 
“Buna qədər isə yeni sıçrayış cəhdləri ola bilər. Azərbaycan üçün bu yeni müharibəyə  çevrilə, Ermənistan üçünsə Rusiya-Azərbaycan planından imtina etmək ola bilər. Apreldə Ermənistan bu istiqamətdə addım atdı, lakin tez  bir zamanda geri çəkildi” deyə Aykazn Qaqriqyan bildirir. 

Şərhlər