Ərdoğan ABŞ-da baş verən olaylardan danışdı
11.07.2016 21:07 Dünyadan reaksiya 906
Varşavada keçirilən NATO sammitindən qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibə verib.
"Reaksiya.az" "Avropa.info"-ya istinadən xəbər verir ki, Ərdoğan ABŞ-da polis zorakılığı nəticəsində ölən qaradərili vətəndaşlarla bağlı vacib açıqlamalar verib.
“Xeyirə aparan bir proses deyil. 7 ay ərzində ölən mülki vətəndaşların sayı 560 nəfəri keçib” – cavabını verib. Ərdoğan fikrinə bu şəkildə davam edib:
“Bu sancıların altında nə yatır, nə olur, nə baş verir, onu bilmərəm. Bunun təhlilini aparmağım lazımdır. Bütün bunlar dünyadakı mövcud proseslər qarşısında, başda biz siyasətçilər olmaqla məsələlərdə daha həssas və daha diqqətli olmağımızın vacibliyini göstərir. Terrorçu, yaxud mülki şəxsi olmasını ciddi şəkildə ayırd etməyimiz vacibdir. Polisə bir çox məsələdə səlahiyyət verilməlidir, təhlükəsizlik qüvvələrinə səlahiyyət verilməlidir, onların da gələcəyi düşünülməlidir. Əlbəttə ki, belə bir sərhədsiz səlahiyyət ola bilməz. Siz bir insanı yerə uzadırsınız, ondan vəsiqəsini göstərməsini istəyirsiniz, o, da sənədinin arxa cibində olduğunu deyir. Buna baxmayaraq, onu yerdə əlləri bağlı halda yatarkən öldürürsünüz. Eyni şəkildə, daha sonra baş verən hadisələrin də izahatı ola bilməz. Mənə görə müdafiəsiz insanların öldürülməsi kateqoriyasına girər. Məsələn, bir digər hadisədə arvadının yanında, sükan arxasındakı vətəndaşı öldürürsən. Bu cür davranışların izahatı ola bilməz”.
Şərhlər