Sarkisyan Baş Qərargah rəisini istefaya göndərir

12.07.2016 14:17     Dünyadan reaksiya     896

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Xaçaturov istefaya göndərilir.

Virtualaz.org bildirir ki, bu barədə Ermənistanın "news.am" saytı yazıb.

Sayt "İrates" qəzetinə istinadən qeyd edir ki, artıq bununla bağlı hazırlıq işləri başlayıb.

Xatırladılır ki, Y. Xaçaturovun oğlu Qriqori Xaçaturov da hərbi sistemdə yüksək vəzifədədir. O, 2010-cu ildə yol verdiyi nöqsanlara görə 4-cü ordu korpusunun rəhbəri vəzifəsindən azad olunmuşdu. Lakin bu yaxınlarda Q. Xaçaturov prezidentin sərəncamı ilə 3-cü ordu korpusunun komandiri vəzifəsində təyin edilib.

"Aykakan Jamanak" qəzetinin yaydığı məlumatda isə deyilirdi ki, Q. Xaçaturovu bu vəzifəyə təyin etmək üçün general-mayor Onik Qasparyan bu postdan uzaqlaşdırılıb.

"Xaçaturovun təyinatı ictimai qınağa səbəb oldu. Çünki bu adamın adı həmişə qalmaqallarda və neqativ hadisələrdə hallanır. Məlumdur ki, o atasının nüfuzundan istifadə edərək, orduda da həmişə özbaşına hərəkətlər edib. Hətta onun adı bir sıra cinayət işində də hallanıb", - deyə qəzet qeyd edib.

Qəzet əlavə edib ki, S. Sarkisyan oğul Xaçaturovu bu vəzifəyə təyin etməklə ata Xaçaturova jest edib. Yəni ona, necə deyərlər, təskinlk verib ki, onun istefasının əvəzində oğlunu irəli çəkib.

Şərhlər