ABŞ və İngiltərənin neft bazarlığı - İraqın şok effekti yaşadan işğal hesabatı

12.07.2016 15:32     Dünyadan reaksiya     918

İgiltərənin ABŞ-la birlikdə İraqı işğal etməsi prosesini araşdıran hesabatının detalları yayılmaqda davam edir.

Avropa.info  xəbər verir ki,  məşhur  "Quardian" qəzetinin İngiltərənin 2003-cü ildə  İraqın işğalına qoşulması  prosesini araşdıran və yeddi ildir gözlənilən  hesabatın detallarını açıqlayır. 
 
Hesabatın bir bölümündə  İngiltərə baş naziri Toni Bleyrin xarici siyasət  üzrə müşaviri  David Manninq, dövrün ABŞ Milli Təhlükəsizlik müşaviri  Kondaliza Raysla   2002-ci ilin dekabrın 9-da apardığı danışıqlarda ingilis  şirkətlərinin  İraqdakı neft sənayesinə və digər sektorlara daxilolmasının təmin edilməsinin vacibliyi qeyd edilib.
 
İşğal başlamazdan 2 ay əvvəl İngiltərə  hökumət rəsmiləri  neft nəhəngi BP-dən bir  heyət qəbul edərək İraqdakı enerji sektorunda gözləntilərinin nə olduğu barədə məlumat alıb. 2009-ci ildə isə şirkətin rəhbərliyindəki konsorsiuma, ölkənin cənubundakı Rumaila neft sahəsində neft çıxarma izni verilib. BP rəsmiləri isə bu barədə "Quardian"a  şərh verməkdən imtina ediblər.
 
Hesabatda həmçinin, İngiltərə baş naziri Bleyrin, işğal başlayandan bir müddət sonra dövrün ABŞ prezidenti Corc  Buşla keçirdiyi bir toplantıda, ABŞ və İngiltərənin İraqın işğalını neft ehtiyatlarına əl qoymaq üçün həyata keçirdiyi barədə şayiələrin aradan qaldırılması üçün Birləşmiş Ştatların dövlət başçısını  xəbərdar etdiyi də bildirilir. Bleyr bunun üçün, Səddam sonrası İraqın siyasi quruluşunu aydınlaşdırmağa ehtiyacları olduğunu qeyd edib.

Şərhlər