Bakıya sığınmış erməniyə sui-qəsd olundu - FOTOLAR
12.07.2016 22:12 Dünyadan reaksiya 1188
Bir müddət əvvəl ailəsi ilə Bakıya sığınan və buradan üçüncü ölkəyə gedən erməni hüquq müdafiəçisi Vahan Martirosyana Odessada hücum olub.
Odessa vilayətinin Belyayevka qəsəbəsində Vahan Martirosyanı naməlum avtomobillə vurmaq istəyiblər.
Martirosyan bununla bağlı açıqlama da verib:
“Ağ rəngli, şüşələrinə qara plyonka çəkilmiş “VAZ 2107” aşağı sürətlə arxamca hərəkət edirdi. Sonra sürücü birdən qaza basdı və maşını üstümə sürdü. Mən yoldan kənara tullandım, ayağım zədələndi. Onlar Belyayevka tərəfə getdilər. Mən maşında kimlərin olduğunu aydınlaşdırmağa çalışdım. Qonşumun polisdə işləyən oğlu dedi ki, şəhərdə belə maşın yoxdur və həmin maşının kimə məxsus olduğunu bilmir”.
O, “sizə edilən sui-qəsdi nə ilə əlaqələndirirsiniz?” sualına belə cavab verib: “Bir müddət əvvəl mən Bakıda olarkən Xocalı Soyqırımı və 1988-ci ildə Spitak zəlzələsi zamanı Ermənistana yardıma gedərkən vurulan təyyarədə həlak olmuş azərbaycanlıların xatirə abidəsini ziyarət etdiyim kadrlar yayıldı. Bundan əvvəl də mənə və ailəmə qarşı təhdidlər olmuşdu. Bütün bunlar isə sanki yanan alova yağ tökdü. Şəhərdə heç kim bu maşını tanımır. Hamı bunun hücum olduğunu düşünür. Belə düşünürəm ki, bu həmin kadrlara cavab reaksiyası idi. Həmçinin bu mənim Ermənistanın hərbi-siyasi elitası barədə yazdığım ifşaedici məqalələrə cavab hücumu idi”.
Şərhlər