Türkiyə və Rusiya bir qədər də yaxınlaşırlar
13.07.2016 22:26 Dünyadan reaksiya 932
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev və energetika naziri Aleksandr Novak iyulun 27-də Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüş keçirəcək.
Bu barədə Trend RF İqtisadi İnkişaf Nazirliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədrləri A.Novak və N.Zeybekçinin görüşü iyulun 27-nə planlaşdırılıb. Görüşdə hökumətlərarası komissiyanın növbəti iclasının vaxtı müəyyən olunacaq.
Şərhlər