Böyük Britaniyanın yeni “dəmir ledi”si: Britaniyanın baş naziri kimi söz verirəm ki…
14.07.2016 08:49 Dünyadan reaksiya 894
26 il sonra Böyük Britaniyada baş nazir postuna yeni “dəmir ledi” – qadın əyləşdi.
"Reaksiya.az" Turkustan.info-ya istinadən xəbər verir ki, Tereza Mey kraliça Yelizeveta II qəbul edərək, uğurlar arzulayıb.
Görüşdən sonra mediaya açıqlama verən yeni baş nazir Avropa Birliyindən ayrılma qərarından sonra ölkəsini kiçiləcəyini deyil, daha da böyüyəcəyinin vədini verib:
“Hər şey xalq üçün olacaq. Heç kimsəyə ayrımçılıq olmayacaq. Britaniyanın baş naziri kimi söz verirəm, bir neçə zəngin üçün deyil, bütün xalq üçün çalışacağıq. Ən yaxşı nə olacaqsa, onu da edəcəyik”.
Xatırladaq ki, Tereza Mey Mühafizəkarlar Partiyasının lideridir. 59 yaşlı siyasətçi 2010-cu ildən Britaniyanın daxili işlər naziri olub. O, Marqarit Tetçerdən sonra, daha dəqiqi, 26 ildən sonra krallığın qadın baş naziri kimi diqqət mərkəzindədir.
Şərhlər