Qazaxıstan Antiterror Mərkəzi DİN-in binasına hücumu təsdiqlədi

18.07.2016 13:41     Dünyadan reaksiya     1029

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) Antiterror Mərkəzi naməlum şəxslərin Daxili İşlər Nazirliyinin Almalı rayon idarəsinin binasına və MTK-nın Departamentinə hücum edildiyinə dair daha əvvəl mətbuatda yayılan informasiyanı təsdiq edib.

Trend-in xəbərinə görə, bu barədə Mərkəzin məlumatında deyilir.

Antiterror Mərkəzindən bildiriblər ki, bu səbəblə Almatı ərazisində terror təhlükəsi kritik səviyyəyə (“qırmızı”) çatdırılıb.

Buna qədər Almatı şəhər Daxili İşlər Departamenti antiterror əməliyyatı keçirildiyini elan etmiş və Almatı sakinlərini evlərini tərk etməməyə, insanların kütləvi toplaşdığı ərazilərdən uzaq durmağa və bütün şübhəli şəxslər barədə hüquq-mühafizə orqanlarına dərhal məlumat verməyə çağırmışdı.

Şərhlər