ABŞ-da "ər" və "arvad" sözlərindən imtina etmək təklif olunur
10.07.2015 17:53 Dünyadan reaksiya 1723
Kaliforniya ştatından olan bir qrup demokrat nikahlar haqqında federal qanunu "daha neytral" etmək təklifi ilə çıxış ediblər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, onlar bu məqsədlə "ər" ("husband") və "arvad" ("wife")sözlərindən imtina etməyi təklif edirlər.
Demokratlar həmin sözlərin əvəzinə, cinsiyyət bildirməyən "həyat yoldaşı" ("spouse") anlayışlarını işlətməyi daha məqsədəuyğun görürlər.
Şərhlər