Türkiyədə 11 məmur həbs edildi
20.07.2016 00:33 Dünyadan reaksiya 925
Türkiyənin Qars vilayətində FETÖ şəbəkəsinin çevriliş cəhdinə görə saxlanılan 11 hakim və prokuror həbs edilib.
Axar.az xəbər verir ki, Qars Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq tədbirləri yekunlaşdıqdan sonra sözügedən şəxslərin işləri Ədliyyə Nazirliyinə göndərilib.
Məlumata görə, keçmiş məmurlar “konstitusion quruluşu zorla dəyişdirmə” və “silahlı qruplaşmaya üzv olmaq” maddələri ilə həbs edilib.
Qeyd edək ki, həbs olunanların 10-u ər və arvaddır.
Şərhlər