İrəvanda küçə döyüşləri başladı

20.07.2016 13:22     Dünyadan reaksiya     1032

 Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki. ötən gecə Yerevanda nümayişçilər barrikadalar qurub və hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf “Molotov kokteyl”ləri atıblar.

Nümayişçilər Yerevanda silahlı adamların ələ keçirdiyi polis post-patrul polkunun yanında barrikadalar qurublar.

Vahan Martirosyanın bildirdiyinə görə, bu barədə “Sputnik Armeniya” agentliyi məlumat yayıb.

“Fəallar hardansa metaldan olan polis maneə elementləri tapıb gətiriblər. Boş qalan yerlər isə şəxsi avtomobillər və zibil çəlləkləri ilə bağlanıb. Beləliklə, elə alınıb ki, polkun binasına doğru aparan yollar güc strukturları tərəfindən bağlanıb, ərazidən çıxan yolu isə nümayişçilər nəzarətə götürüblər”, - deyə agentliyin məlumatında vurğulanıb.

Şərhlər