Bako Saakyan yenə sərsəmlədi: ''Azərbaycan dövlət quruculuğu fəlsəfəsini yenidən gözdən keçirməlidir''

20.07.2016 13:37     Dünyadan reaksiya     931

Dağlıq Qarabağda hökm sürən separatçı-işğalçı rejiminin rəhbəri Bako Saakyan Rusiyanın lenta.ru saytına müsahibə verib.

Müsahibədən də görünür ki, Saakyan Daqlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı gedən danışıqlar barədə səthi bəhs etməklə kifayətlənib. Bako Saakyanın müsahibəsi ermənilərin regionda hərbi əməliyyatlaırn başlanmasından necə çəkindiklərini göstərir. Bundan əlavə, Saakyanın dəfələrlə regionda sülhün və təhlükəsizliyindən dəm vuraraq, bu əməliyyatların dünya miqyasında fəlakətə çevriləcəyi barədə haray-qışqırıq salması da bunun nişanəsidir. 
 
Musavat.com həmin müsahibədən götürülən xülasəni Azərbaycan oxucularına təqdim edir.
 
Bako Saakyan bu ilin aprel ayında yenidən alovlanan  münaqişənin Azərbaycan tərəfinin günahı ucbatından olduğunu bildirib. Separatçı rejimin “rəhbər”i Bakının qəfil hücumla Qarabağ münaqişəsini həll etmək istədyini iddia edib. Bako Saakyan Azərbaycanın bunun üçün 22 il ərzində informasiya, diplomatik, hərbi-siyasi sahələrdə hazırlıq gördüyünü söyləyib. 
 
Bako Saakyan 4 günlük aprel müharibəsini dayandıran faktorun “DQR” “ordusu” (əslində Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri-red.) və beynəlxalq birliyin məsələnin  sülh yolu həll olunması ilə bağlı qəti mövqeyi olduğunu söyləyib. Saakyanın iddiasına görə, əgər Qarabağda müharibə başlasa bu Cənubi Qafqazda və hətta bütün dünyada sigər münaqişələr üçün katalizator rolunu oynaya bilər.
 
Bako Saakyanın müsahibəsində erməni tərəfinin hərbi əməliyyatların başlanmasından necə çəkindiyi və bu səbəbdən Rusiyaya xilaskar gözü ilə baxdıqlarını gizlətməyib: “Rusiya həmişə konstruktiv və obyektiv mövqe tutaraq regionda sülhün və sabitliyin dəstəklənməsi və münaqişənin tam həcmli nizamlanması üçün əlindən gələni edib. Biz Rusiya ilə dərin tarixi, mədəni və iqtisadi əlaqələrə malikik. Qarabağ rəsmi Moskva tərəfindən tanınmasa da, biz Rusiya ilə humanitar, elmi-texniki, mədəni sahələrdə ciddi əməkdaşlıq edirik". 
 
Separatçı lider Dağlıq Qarabağın indiki durumunu digər tanınmayan bölgələrlə müqayisə edərək xalqların öz müqəddaratını həll etmək hüququnun beynəlxalq münasibətlərin əsas prinsiplərindən biri olduğunu qeyd edib. Separatçı erməni bundan ötrü Abxaziya, Cənubi Osetiya örnəklərini gətirib. Bako Saakyan gətirdiyi bu tip nümunələr arasında Böyük Britaniya (Şotlandiya və Şimali İrlandiya), Kanada (Kvebek), Serbiya (Kosovo) kimi dogər dövlətlərin ərazi bütövlüyünə dil uzatmağı unutmayıb. Saakyan Dağlıq Qarabağın (separatçı rejiin) “müstəqilliyi”nin tanınması yolunda prosesin daha aktiv xarakter aldğını iddia edib(?)
 
Bako Saakyan separatçı rejimin dövlətlər səviyyəsində olmasa da vilayətlər və bələdiyyələr səviyyəsində tanındığını söyləyib. Saakyan bu mənada ABŞ-ın Massaçusets, Rod Aylend, Men, Luiziana, kaliforniya, Corciya, Havay adaları, Avstraliyanın Yeni Cənubi Ules ştatının habelə bir sıra şəhərlərin Dağlıq Qarabağın varlığını tanıdığını söyləyib.
 
Bako Saakyanın Qarabağda hökm sürən və birbaşa Ermənistanın hərbi dairələrinin nəzarət etdiyi kriminal-quldur rejimin demokratik dünyada tanınmasının zaman məsələsi olduğunu söyləməsi də ayrıca rişxənd mövzusudur. 
 
Erməni lider münaqişənin həll olunası üçün ATƏT-in Minsk qrupunun regiondakı fəaliyyətinn olduqca mühüm olduğunu söyləyib. Saakyan separatçı rejimin danışıqlarda tam hüquqlu tərəf kimi iştirak etmək istəklərini təkrarlayıb. Separatçı rrejimin rəhbərinin fikrincə, rəsmi Bakı bununla bağlı mövqeyini və hətta dövlət quruculuğu fəlsəfəsini dəyişməlidir.
 

Şərhlər