İrəvanda keçirilən mitinq dağıdılıb, 51 nəfər yaralanıb, onlarla insan saxlanılıb

21.07.2016 16:09     Dünyadan reaksiya     1053

İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən polis bölməsinin qarşısı qanun keşikçiləri tərəfindən mitinqçilərdən təmizlənib.

"Report" xəbər verir ki, əməliyyat iki xəbərdarlıqdan sonra başlanıb.
 
Onlarla insan saxlanılıb. Polis əməliyyat zamanı xüsusi vasitələr tətbiq etməyib.
 
Çərşənbə günü axşam saatlarında silahlı şəxslər tərəfindən ələ keçirilən polis bölməsi qarşısında qanun keşikçiləri ilə nümayişçilər arasında baş verən toqquşmalar zamanı müxtəlif tibb müəssisələrinə 51 nəfər müraciət edib.
 
Məlumata görə, zərərçəkənlərin 28 nəfəri polis əməkdaşlarıdır. Zədə alanlara ilkin tibbi yardım göstərilib və onların həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.
 
 

Şərhlər