Kabulda Ali Məhkəməyə silahlı hücumun qarşısı alınıb
21.07.2016 16:54 Dünyadan reaksiya 1008
Əfqanıstanın təhlükəsizlik qüvvələri paytaxt Kabulda Ali Məhkəməyə hücumun qarşısını ala biliblər.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Khaama Press” agentliyində yer alıb.
Məlumata görə, silahlı qadın mənkəmə binasına daxil olmağa çalışıb, lakin mühafizə xidməti tərəfindən güllələnib.
Hadisə barədə hələlik başqa məlumat verilmir.
Şərhlər