Ermənistan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub

22.07.2016 10:10     Dünyadan reaksiya     971

 Ermənistanın müdafiə naziri hərbi-texniki sahədə əməkdaşlıq üzrə Rusiya Federal Xidməti rəhbərinin müavini Vladimir Drojjovla görüşüb.  

 

 

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdə hərbi-texniki sahədə Ermənistan- Rusiya əməkdaşlığı məsələləri, həmçinin, hərbi-texniki məsələlər üzrə Ermənistan – Rusiya hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi müzakirə olunub.

 

Drojjovun İrəvana səfəri iyulun 22-də başa  çatacaq. 

 

Reaksiya.az

Şərhlər