Münhendə Marienplatz metro stansiyası yaxınlığında atışma olub

22.07.2016 23:04     Dünyadan reaksiya     1059

Yerli KİV-lərin verdiyi məlumata görə, Münhendə daha bir atışma Marienplatz metro stansiyasında baş verib.

Qeyd edək ki, Münhendə "Olimpiya" ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində ən azı üç nəfər həlak olub. Bu barədə Trend BBC-yə istinadən xəbər verir.

Münhen polis nümayəndəsi bildirib ki, hücumda bir neçə nəfər iştirak edib. Atəş açanların heç birini yaxalamaq hələlik mümkün olmayıb.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, insanlar təxliyə olunub, əməliyyat gedir. Rayon sakinlərinə küçəyə çıxmamaq xahiş olunub.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar