Türkiyə BRİCS-ə isti baxır
11.07.2015 11:31 Dünyadan reaksiya 1750
BRICS-ın qısa və ya uzun müddət ərzində genişlənəcəyinə işarə edən akademik Toğrul İmsayıl Türkiyənin bu bloka isti baxdığını bildirib.
Reaksiya.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ufada keçirilən BRİCS zirvəsi zamanı Rusiya Xarici İşlər Nazirinin köməkçisi Sergey Ryabov BRİCS liderlərinin növbəti görüşünün Antalyada keçiriləcəyini bildirib.
BRİCS-in üzvləri arasında ciddi addımlar atıldığını bildirən Toğrul İsmayıl blok üzvləri arasında ticarət əlaqələrinin də artacağını açıqlayıb. O, eyni zamanda G20 zirvəsi zamanı Antalyada BRİCS üzvlərinin də zirvəsinin keçirilməsinin iqtisadi münasibətləri gücləndirəcəyini deyib.
“BRİCS-ə üzv olan ölkələr öz aralarında və blokdan kənar ölkələrlə iqtisadi əlaqələr qura bilər. Rusiya buna qarşı deyil. Lakin genişlənmə qərarının bütün üzvlərin eyni anda həyata keçirməsi lazımdır. Türkiyə BRİCS ətrafındakı hərəkətləri çox yaxından izləyir.Avropa İttifaqı ilə inteqrasiya hərəkatını başlatsa da bu çox zaman alır. Türkiyənin əsas hədəfi olan Avropa İittifaqına üzv olması hələ də həll olunmamış qalır. Bundan əlavə Türkiyə digər ölkələrlə də əlaqələrin inkişaf etməsinə önəm verir” deyən Toğrul İsmayıl BRİCS-ə Türkiyənin böyük önəm verdiyini və bu blokun təkcə Türkiyənin deyil, digər ölkələrə də sülh gətirəcəyini açıqlayıb.
Şərhlər