Münheni qana boyayan gəncin FOTOsu
23.07.2016 15:49 Dünyadan reaksiya 1217
Almaniyanın Münhen şəhərində baş verən silahlı insident nəticəsində ölənlərdən 3 nəfəri Türkiyə vətəndaşıdır.
APA-nın Türkiyənin "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazirin sözlərinə görə, ölənlərdən üçü Sevda Dağ, Can Leyla, Selçuk Kılıç adlı Türkiyə vətəndaşlarıdır.
Qeyd edək ki, iyulun 22-də Münhendə "Olimpia" ticarət mərkəzinə silahlı hücum edən İran əsilli 18 yaşlı Almaniya vətəndaşı içəridəkiləri atəşə tutub. Nəticədə 10 nəfər ölüb, 27 nəfər yaralanıb. Şəhərdə fövqəladə vəziyyət elan edilib.
Artıq həmin şəxsin fotoları da yayılıb.
Şərhlər