İrəvanda girovluqda olan polislər azad edildi
23.07.2016 15:54 Dünyadan reaksiya 977
Ermənistanın "Gala TV" telekanalı silahlı qrupun ələ keçirdiyi polis şöbəsində "press-məntəqənin təşkil olunması" şərtilə bütün girovları buraxmağa hazır olduğu haqqında məlumat verib.
Daha iki polis - Ermənistan polis rəisinin müavini, polis general-mayoru Vartan Yeqizaryan və Yerevan üzrə polis idarəsinin rəis müavini, polis polkovniki Valeri Osipyan hələ də girov saxlanılır.
Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.
Şərhlər