Çində 161 adam ölüb, 123 nəfər itkin düşüb
24.07.2016 22:20 Dünyadan reaksiya 1089
Çində Xebey əyalətində leysan yağışın yol açdığı təbii fəlakət nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb, 123 nəfər itkin düşüb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl 105 nəfərin öldüyü, 104 nəfərin öldüyü bildirilmişdi.
Hökumət təbii fəlakətə məruz qalan rayonlardan 504 min nəfəri evakuasiya edib. Leysan yağışın səbəb olduğu torpaq sürüşməsi 105 min binanın dağılmasına, 82 min binanın zərər görməsinə yol açıb. Təbii fəlakət nəticəsində Çin iqtisadiyyatına dəfən ziyan 3,81 milyard dollar civarında qiymətləndirilir.
Şərhlər