Türkiyədə PKK-çıların hücumu nəticəsində 1 polis ölüb, 2-si yaralanıb

24.07.2016 22:42     Dünyadan reaksiya     796

Türkiyənin Tunceli əyalətində PKK terror qruplaşmasının polis nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 1 asayiş keşikçisi həyatını itirib.
 
"Report" "Reuters"ə istinadən xəbər verir ki, terrorçular hücum zamanı qumbaratan və avtomat silahlardan istifadə ediblər.
 
Hücum zamanı daha 2 polis əməkdaşı yaralanıb.
 
Türkiyənin xüsusi xidmət orqanları terrorçuların yaxalanması və saxlanılması istiqamətində əməliyyata başlayıb.
 

Şərhlər