Rusiya həbsxanasındakı azərbaycanlılar qiyam qaldırdılar

25.07.2016 13:05     Dünyadan reaksiya     958

Rusiyanın Xakasiya Respublikasında yerləşən 35 nömrəli cəzaçəkmə müəssisində məhbuslar qiyam qaldırıblar.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyada cəzaların icra olunması üzrə Xidmətin Xakasiya üzrə idarəsinin rəisi Yaroslav Bajan və ombudsmanAleksandr Çistotin deyib. 

Onların sözlərinə görə, bir qrup məhbus həbsxanada olan mebel və çarpayıları, pəncərə və qapıları qıraraq polislərin içəri daxil olmasına mane olublar. 

Ombudsmanın qeyd edib ki, məhbuslar "Allahu Əkbər" deyə qışqıraraq onlara telefon verilməsini tələb ediblər.

Qiyamçı məhbuslar həbsxanada "birka"sız gəzmək, köynəyin üst düyməsini açıq saxlamaq, istədikləri yerdə siqaret çəkmək və istədikləri vaxt dua etməklə bağlı tələblər irəli sürüblər.

Bajanın sözlərinə görə, qiyamın təşkilatçıların əksəriyyəti başda azərbaycanlılar olmaqla müsəlman məhbuslardır.

 

Reaksiya.az

Şərhlər