Məşhur iş adamı və qardaşı həbs olundu
25.07.2016 21:02 Dünyadan reaksiya 1089
Türkiyədə çevriliş cəhdindən sonra başladılan istintaq çərçivəsində məşhur iş adamı Mehmet Takmaklı və qardaşı Əli Takmaklı saxlanılıb.
Milli.Az avropa.info-ya istinadən bildirir ki, Aydın vilayətində yerləşən "Uğur" soyuducu şirkətinin sahibləri olan Mehmet Takmaklı ilə qardaşı Əli Takmaklı bu gün səhər saatlarında həbs olunublar.
Vilayət prokurorluğunda çevriliş cəhdindən sonra başladılan istintaq çərçivəsində Gülən camaatı ilə əlaqəsi olduğu bildirilən iş adamları polisin bu gün səhər saat 07:00-da keçirdiyi əməliyyat zamanı saxlanılıblar.
Saxlanılan iş adamlarının evində axtarış aparan polis əməkdaşlarının bəzi sənədləri də götürdükləri bildirilir.
Şərhlər