Ən təhlükəli FETÖ-cu tutuldu

26.07.2016 00:43     Dünyadan reaksiya     1106

Türkiyənin Mərmərə bölgəsinin Çetibeli ərazisində 15 iyul gecəsi Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd həyata keçirməyə çalışan ən təhlükəli qiyamçı ələ keçirilib.

Axar.az xəbər verir ki, baş gizir Zəkəriyə Quzu Fətullah Gülənin Türkiyədəki ən təhlükəli imamlarından hesab olunur.

 

Quzu ilə bərabər, daha 3 qiyamçı (Ömər Faruk Köçmən, Əbdülhəmid Gülər, Ərkan Çıkat) da bu gün keçirilən əməliyyat zamanı ələ keçirlib. Saxlanılan son 4 FETÖ-cunun əvvəllər İzmirin Çiğlədəki Hərbi Hava Qüvvələri Komandanlığında qulluq etdiyi öyrənilib.

 

Qeyd edək ki, qiyamçılardan Taner Bərbər, İlyas Yaşar və Gökhan Güclü daha əvvəl həbs edilmişdi.

 

Reaksiya.az

Şərhlər