İstanbulda Boğaziçi körpüsünə çevriliş cəhdi qurbanlarının adı veriləcək

26.07.2016 10:50     Dünyadan reaksiya     1026

İstanbulda Bosfor boğazı üzərində yerləşən Boğaziçi körpüsünə çevriliş cəhdi qurbanlarının adı veriləcək.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nazirlər kabinetinin növbədənkənar iclasından sonra Türkiyə baş naziri Binali Yıldırım bəyan edib.

 

“Hökumətin toplantısında qərara alınıb ki, çevrilişə cəhd zamanı həyatını itirənlərin xatirəsi əbədiləşdirilsin. Bu səbəbdən Boğaziçi körpüsünə "15 iyul Şəhidlər Körpusu" adı veriləcək”, deyə B.Yıldırım bildirib. 

 

Reaksiya.az

Şərhlər