İrəvanda polisin açdığı atəş nəticəsində iki silahlı yaralanıb

26.07.2016 13:01     Dünyadan reaksiya     950

Artur Sarqsyan ərzaqla yüklənmiş maşını ilə polis barikkadasını keçib

İrəvanda iyulun 26-da saat 02:00 radələrində polis tərəfindən mühasirədə olan bölməyə atəş açılıb. 

İnterAz “panarmenian.net”ə istinadən xəbər verir ki, atəş nəticəsində iki silahlı Aşot Petrosyan və Hovannes Harutyunyan ayağından yaralanıb. Onlar “Sasna Tsrer” hərəkatının üzvləridir. 

Mətbuat xidmətinin məlumatına görə, gecə boyunca iki hadisə baş verib. “Polis gecə bizə tərəf atəş açdı, bizim iki üzvümüzü yaralayıblar. Saat 07:00 radələrində Artur Sarqsyan ərzaqla yüklənmiş maşını ilə polis barikkadasını keçib və azad edilmiş əraziyə çatıb. Polisin hər tərəfdən atəş açmasına baxmayaraq, o ərzağın çatdırılmasını müvəffəqiyyətlə yerinə yetirib”, - silahlıların açıqlamasında deyilib. 

Ötən gecə Sasna Tsrer iki polis maşınına atəş açıb, əvvəlki gecə isə bir polis maşını yandırılıb.   

 

Reaksiya.az

Şərhlər