Türkiyənin iki generalı Dubayda həbs edilib

26.07.2016 13:18     Dünyadan reaksiya     934

Fətullahçı terror təşkilatının (FETÖ) çevriliş cəhdi ilə bağlı istintaq çərçivəsində Dubaya qaçmağa çalışan Əfqanıstandakı silahlı qüvvələrin komandanı, general Cahit Bəkir və Kabildəki Tədris və yardım şöbəsinin rəisi, general Şener Topuç saxlanılıb. 

İnterAz “Hurriyet”ə istinadən xəbər verir ki, diplomatik qaynaqların məlumatına görə, Bəkir və Topuçun paytaxt Kabildən Dubaya qaçdıqlarını öyrənən Xarici işlər nazirliyi və Milli kəşfiyyat təşkilatı hərəkətə keçib. 

Bu çərçivədə keçirilən əməliyyat və Birləşmiş ərəb Əmirlikləri ilə əməkdaşlıq nəticəsində generallar Dubay hava limanında saxlanılıb. Bəkir və Topuç bu səhər Türkiyəyə gətirilib. 

 

Reaksiya.az

Şərhlər