İŞİD ehramları dağıdacaq - "Xəlifə" fətva verdi

11.07.2015 14:01     Dünyadan reaksiya     1856

Iraq Şam İslam Dövləti təşkilatı( İŞİD) Misirdə yerləşən ehramları və Sfinksi dağıtmaq çağırışı edib.

Reaksiya.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Misirdə bir-birinin ardınca terror aktları həyata keçirən İŞİD daha bir qorxunc təhdidlə Misiri hədələyib.

Qanlı təşkilatın lideri Əbu Bəkir əl-Bağdadi Sfinks, piramida kimi mədəni mirasları dağıtmağın dini vəzifə olduğunu bildirib.

“The Telegraph”ın xəbərinə görə, İŞİD tərəfdarı küveytli İbrahim Əl Kandari ötən il verdiyi reportajda bu cür abidələrin dağıdılmasının vacib olduğunu söyləmişdi. Piramidalar və Sfinks Misirin turizm sahəsində önəmli yer tutur. Eyni zamanda bu abidələr UNESCO-nun miraslar siyahısında yer alır. İŞİD fəaliyyət göstərdiyi ölkələrdə mədəni abidələri məhv etməklə də ad çıxarıb. Təşkilat üzvləri sonuncu dəfə Suriyadakı antik Palmira şəhərinə böyük zərbə vurub.

Şərhlər

Çox oxunanlar