Boğaziçi Körpüsündən sonra Kızılay Meydanının da adı dəyişir
26.07.2016 20:55 Dünyadan reaksiya 1098
İstanbul Boğaziçi Körpüsünün adı Nazirlər Kabinetinin qərarı ilə "15 İyul Şəhidlər Körpüsü" olaraq dəyişdirilərkən, Ankara Böyükşəhər Bələdiyyəsindən növbəti açıqlama gəlib.
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1929-cu ildən bəri şəhərin simvolu olan Kızılay Meydanının da adı dəyişdirilir. Meydan bundan sonra “15 İyul Kızılay Demokratiya Meydanı" adlandırılacaq.
Türkiyə mətbuatının yazdığına görə, TBMM-nin qarşısında yerləşən Baş Qərargah Qovşağının da adının dəyişdirilərək “15 İyul Şəhidlər Meydanı" qoyulacağı gündəmdədir.
Böyükşəhər Bələdiyyə başçısı Melih Gökçək də hər iki ərazidə şəhidlərin xatirəsinə bir abidə ucaltmağa qərar verdiklərini açıqlayıb.
Qeyd edək ki, Kızılay Türkiyənin paytaxtı Ankaranın mərkəzi kimi tanınır. 1929-ci ildə tikilən, ancaq bu gün mövcud olmayan Kızılayın ümumi mərkəz binasın şərəfinə Kızılay Meydanı adlandırılıb.
Şərhlər