Abxaziyanın baş naziri istefaya gedir

26.07.2016 21:01     Dünyadan reaksiya     1130

Abxaziyanın baş naziri Artur Mikvabiya istefaya gedəcəyini açıqlayıb.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə o, Nazirlər Kabinetinin iclasında bildirib.

Dövlət qulluqçusu hökumət üzvlərinə prezidentə istefa ərizəsini təqdim etdiyini söyləyərək onlara fəaliyyəti dövründə göstərdikləri xidmətə görə təşəkkür edib.

 

Reaksiya.az

Şərhlər