Cerablusda İŞİD mövqeləri bombalanıb
11.07.2015 14:43 Dünyadan reaksiya 2099
Təxminən 2 ildir İŞİD işğalı altında olan Hələbə bağlı Cerablus şəhərində ABŞ liderliyindəki koalisiya təyyarələrinin tez - tez bombardmanına tuş gəlib. İŞİD mövqelərinin və əsgərlərinin hədəf alındığı bombardmanda 20 İŞİD üzvünün öldürüldüyü və çox sayda İŞİD üzvünün də yaralandığı qeyd olunub.
Yaralı İŞİD yaraqlıları Cerablusa yaxın olan və İŞİD - in əlində olan Çobanbey qəsəbəsinə aparılıb, şəhərdə olan təxminən 2 min vətəndaşın can təhlükəsizliklərinə görə Türkiyə sərhədinə gəlmək istədiyi, ancaq təşkilatın buna icazə vermədiyi öyrənilib.
Cerablusdaki davam edən bombardman, Antepin Karkamış şəhərində hiss edilib, bombardman zamanı Karkamışda olan bəzi evlərin şüşələri də tərpənib.
Cerablusda İŞİD məsul olacaq
Digər tərəfdən Cerablusda Fırat çayı sahilində YPG- nin də içərisində olduğu Burkan Əl Fərat Qüvvələri ilə İŞİD qüvvələri arasında isə şiddətli döyüşlər yaşanır.
Təşkilat ötən günlərdə Burkan Əl Fırat Qüvvələrinin Cərablusdan keçməməsi üçün Fərat çayı üzərində olan körpünü havaya uçurmuştu.
Mətbuata açıqlama danışan YPG-nin də içərisində yerləşdiyi Burkan Əl Fırat qüvvələrinin spikeri Şərvan Devriş hədəflərinin Cerablusu İŞİD-in əlindən almaq olduğunu söyləyib. Dərviş, Cerablus şəhər mərkəzi ilə aralarında çox yaxın bir məsafənin qaldığını dilə gətirib.
Türkiyənin Cerablusdan Suriyaya girəcəyi iddialarının danışılmasından etibarən İŞİD Cerablus sərhədində minalar döşəyib xəndəklər qazıyır.
Strateji keçid nöqtəsi
Hələbə bağlı və Türkmən qəsəbəsi olan Cərablus şəhəri Azad Suriya Ordusu (OSO) tərəfindən 2013-ci ildə Suriya Ordusunun əlindən alınmışdı. İŞİD də 2013-ci ilin sonlarına doğru şəhəri ASO – nun əlindən almışdı.
Cerablusun İŞİD - in əlinə keçməsindən sonra türkmən və ərəblərin də olduğu on minlərlə insan şəhəri tərk edib.
İŞİD üçün strateji bir yer olan Cerablus, İŞİD-də döyüşmək üçün gələnlər üçün bir keçid nöqtəsi rolunu oynayır. Avropa və Türkiyədən İŞİD-ə döyüşmək üçümn qatılan çox sayda adam Ceraplusdan keçir.
Şərhlər