İrəvanda etirazçıların yürüşü başlayıb - FOTOLAR

26.07.2016 23:50     Dünyadan reaksiya     1151

APA-nın  “NEWS.am”a istinadən verdiyi xəbərə görə, etiraz aksiyasının təşkilatçıları yürüşü bir neçə küçədən keçməklə Polis və Milli Təhlükəsizlik Xidmətinin binalarınadək davam etdirmək, sonra isə Xorenatsi küçəsindəki toplanış yerinə qayıtmaq niyyətindədirlər. Politoloq Andrias Qukasyan etirazçılar qarşısında çıxış edərək yürüşün marşrutunu elan edib.

Qeyd edək ki, bundan əvvəl polis xəbərdarlıq edərək, aksiyanı başqa ünvanda keçirməyi təklif edib. Lakin etirazçılar buna məhəl qoymayaraq, qadağan olunmuş yerə toplanıblar.  

Reaksiya.az

Şərhlər

Çox oxunanlar