Amerika erməniləri Sarkisyanı "Səddam kimi asmağa" çağırır - FOTOLAR
27.07.2016 01:23 Dünyadan reaksiya 1185
ABŞ-ın Kaliforniya ştatında bir qrup erməni İrəvanda 10 gündür polis polkunun binasını nəzarətdə saxlayan silahlı qrupa dəstək üçün aksiya keçirib.
Avropa.info virtualaz.org-a istinadən bildirir ki, aksiya iştirakçıları əllərində Ermənistan prezidenti Serj Sarkisyanın keçmiş İraq diktatoru Səddam Hüseynlə birlikdə dar ağacından asıldığını əks etdirən plakatlarla küçələrə çıxıblar. Onlar bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.
Aksiyada Amerika hakimiyyətinə müraciət olunub ki, Ermənistandakı vəziyyətə dərhal müdaxilə etsin və Sərkisyanın hakimiyyətini pisləsin. Aksiyaçılar Sarkisyana qarşı silahlı qiyama əl atanlara dəstək veriblər.
Parisdə isə "Erməni dirçəlişi" təşkilatının rəhbəri Şant Voskeriçyan erməni diasporunu Ermənistana və Qarabağ ermənilərinə yardımı kəsməyə çağırıb. O deyib ki, diasporun ayırdığı yardımları Sərkisyan və qardaşları mənimsəyir. "Bütün Paris bundan danışır ki, ötən il Serj Sarkisyan Monte-Karloda 2 saata 3 milyon dollar uduzub. Bu, erməni diasporunun Qarabağa ayırdığı pullar idi"-Voskeirçyan deyib.
Şərhlər