Klinton rəsmən namizəd oldu

27.07.2016 10:56     Dünyadan reaksiya     1228

ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun  namizədliyi Demokratlar Partiyası tərəfindən rəsmi olaraq ABŞ prezidenti postuna irəli sürülüb. Beləliklə, Hillari Klinton ABŞ-ın tarixində prezident postuna ilk qadın namizəd olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, partiyanın Filadelfiyada keçirdiyi qurultayında baş tutan  səsvermə zamanı Klinton tələb olunan 2383 səs toplayıb.  
 
Keçirilmiş praymerizlərin yekununda Klinton qurultay iştirakçılarından 2800-dən çoxunun  səsini toplayaraq partiya üzrə əsas rəqibi Berni Sandersi (2700-dək səs toplayıb) üstələyib.  
 
Prosedura əsasən, Klinton bundan sonra prezident seçkilərində iştirakına rəsmi razılığını verməlidir. Klintonun  iyulun 28-nə nəzərdə tutulmuş çıxışı qurultayın final tədbiri olacaq.
 
ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

 

Reaksiya.az

Şərhlər