Türkiyə-Suriya sərhədində güclü partlayış - 31 ölü, 170 yaralı
27.07.2016 15:11 Dünyadan reaksiya 972
Publika.az xəbər verir ki, Suriya dövlət televiziyası Suriyanın şimalındakı Haseke vilayətinin Qamışlı rayonunda, Hilal qovşağı yolunda baş vermiş partlayışda ölənlərin sayının 31, yaralananların isə 170 olduğunu xəbər verib.
Baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı isə aralarında mülki vətəndaşların da olduğu 14 nəfərin öldüyünü açıqlayıb.
Qeyd edək ki, Qamışlı mahalı Türkiyə sərhədində yerləşir.
Report-un "Reuters"ə istinadən xəbərinə görə, İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Məlumatda, həmçinin Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda partlayış nəticəsində qırılan şüşələrin 2 nəfəri yaraladığı vurğulanıb. Yaralılar Mehmet Sait Biçen (68) və Nasrettin Dikkat (76) Nusaybin Dövlət Xəstəxanasına qaldırılıblar.
Şərhlər