Hakkaridə terror - 2 ölü, 11 yaralı
28.07.2016 11:09 Dünyadan reaksiya 998
Türkiyənin Hakkari vilayətində PKK terrorçularının polis nəzarət məntəqəsinə hücumu nəticəsində 2 təhlükəsizlik işçisi ölüb, 11 yaralanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, daha bir hücumu Siirt vilayətində törədilib. Hücum nəticəsində üç nəfər həlak olub.
Bölgədə PKK terror təşkilatının mənsublarına qarşı xüsusi əməliyyata başlanılıb.
Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.
Şərhlər