Qarabağ savaşında azərbaycanlılara qarşı qəddarlıqda ad çıxarmış erməni komandir və oğlu güllələndi
28.07.2016 11:16 Dünyadan reaksiya 931
İrəvanda 1-ci Qarabağ müharibəsi zamanı işğalçı ordunun azərbaycanlılara qarşı qəddarlığı ilə ad çıxaran döyüşçülərindən biri güllələnib. APA TV-nin erməni saytlarına istinadən xəbərinə görə, Pavel Manukyanla birlikdə onun oğlu Aram Manukyan da ağır yaralanıb.
Pavel Manukyan və onun oğlu "Sasna Tsern" silahlılarının sırasında iyulun 17-də Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasını zəbt ediblər. Həmin hadisə zamanı 1 polis əməkdaşı öldürülüb, 4 polis əməkdaşı yaralanıb. Polis binasını zəbt edən silahlılar Jirayr Sefilyanın azadlığa buraxılmasını, S.Sarkisyanın prezident postundan istefasını tələb ediblər.
Dünən Ermənistan paytaxtında polislə silahlılar arasında baş verən atışmada Pavel Manukyan və oğlu yaralanaraq xəstəxanalardan birinə çatdırılıblar. Hazırda onlar reanimasiya şöbəsindədir, vəziyyətlərinin ağır olduğu deyilir.
Şərhlər