Türkiyədə 2 ordu generalının qəfil istefası

28.07.2016 15:34     Dünyadan reaksiya     852

Türkiyədə Yüksək Hərbi Şuranın bu gün keçiriləcək kritik toplantsı ərəfəsində Silahlı Qüvvələr daha iki generalını itirib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, quru qoşunların komandanlığının qərargah rəisi, ordu generalı İhsan Uyar və EDOK (Tədris və Doktrina Komandanlığı) komandanı, ordu generalı Kamil Başoğlu Silahlı Qüvvələrdən istefa veriblər. 
 
Onların istefasının səbəbləri açıqlanmır. Lakin şaiyələrə görə president Ərdoğan və Baş qərargah rəisi Hulusi Akar onların yerinə növbədənkənar təyinat həyata keçirilməsini qərarlaşdırıb, nəticədə generallar istefa ərizəsi yazıblar.
 

Şərhlər