Putin Ukraynadakı səfirini istefaya göndərdi

28.07.2016 18:06     Dünyadan reaksiya     811

Vladimir Putin Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabovu vəzifəsindən azad edib.

 

Axar.az xəbər verir ki, bu barədə informasiya Kremlin rəsmi saytında yerləşdirilib. Onun nəyə görə istefaya göndərilməsi haqqında isə heç bir məlumat verilmir.

 

Qeyd edək ki, Zurabov 5 avqust 2009-cu ildə Rusiyanın Ukraynadakı səfiri təyin olunub. Məhz Zurabov Maydan hərəkatından sonra Ukraynada daha aktiv fəaliyyət həyata keçirib. 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar