"Facebook"da məscidi yandırmağa çağıran şəxs tutuldu
29.07.2016 00:07 Dünyadan reaksiya 848
ABŞ polisi "Facebook"da Bostonun ən böyük məscidini yandırmağa çağırış edən və müsəlman icmasının ünvanına digər təhdidlər səsləndirən Massaçusets sakinini həbs edib.
Milli.Az lent.az-a istinadən bildirir ki, ona qarşı rəsmi ittiham irəli sürülüb.
Belə ki, Paris terrorundan sonra 44 yaşlı Patrik Kiqan Bostonun İslam Cəmiyyəti Mədəniyyət Mərkəzinin "Facebook" səhifəsində "Öz məscidinizi yandırın!" yazıb. Bundan başqa, bir neçə islami qurumun səhifəsində yanan dini tikilinin şəklini paylaşıb.
Patrik Kiqana qarşı həm də qanunsuz silah saxlama maddəsi ilə ittiham verilib.
Şərhlər