ABŞ: "Komandanlarımız çox açıq danışıblar, Rusiya bir nömrəli düşmən ola bilməz"

11.07.2015 17:20     Dünyadan reaksiya     1982

Washşngton Moskvadan çox maraqlı bir şəkildə üzr istəyib. Belə ki, ABŞ Xarici işlər nazirliyinin Spikeri Mark Toner Rusiyanın ABŞ üçün başlıca təhdid olduğunu söyləyən yüksək səviyyəli hərbçilərin  "çox açıq" danışdığını söyləyib. Toner bu gün təşkil etdiyi mətbuat konfransında bildirib ki, bölgədəki proseslərə görə müəyyən mənada Rusiya ilə anlaşılmazlıqlar yaşanılır: “Ancaq bunu həyati bir təhdid kimi görmürük".

ABŞ Müdafiə Nazirliyi Baş qərargah rəisliyinə namizəd göstərilən ABŞ Dəniz qüvvələri komandanı General Cozef Dunford senatda etdiyi çıxışda Rusiyanı başlıca təhdid kimi gördüyünü bildirmişdi. Ancaq Ağ Ev bu düşüncədə olmadıqlarını açıqlamışdı.

Qeyd edək ki, Toner Ukrayna ilə əlaqədar anlaşılmazlıqlara baxmayaraq, İran kimi bəzi əhəmiyyətli məsələlərdə Rusiyayla əməkdaşlığı davam etdirdiklərini də sözlərinə əlavə edib.

Şərhlər

Çox oxunanlar