Azərbaycan terror riskli ölkələr siyahısında

29.07.2016 11:34     Dünyadan reaksiya     994

Böyük Britaniyanın "Deyli Ekspress" qəzeti Avropada turistlərin təhlükəsizlik baxımından ölkələrin reytinqini tərtib edib.

Report xəbər verir ki, məlumatlar Böyük Britaniya Xarici İşlər Nazirliyindən alınmış informasiya əsasında hazırlanıb və bu yay ölkə xaricində istirahət etmək qərarına gəlmiş britaniyalılar üçün tövsiyə xarakteri daşıyır.
 
Ən yüksək terror aktivliyi riski olan ölkələr siyahısında İspaniya, Böyük Britaniya, Türkiyə, Belçika, Fransa, Almaniya və Rusiya kimi Avropa dövlətləri yer alıb.
 
Azərbaycan, Ukrayna, İtaliya, Yunanıstan, Danimarka, İsveç, Qazaxıstan, Makedoniya, Avstriya, Kipr, Bosniya və Herseqovina terror aktivliyi riski yüksək olan ölkələr siyahısına daxil edilib.
 
"Deyli Ekspress"in reytinqində terror aktivliyi riski aşağı olan ölkələr isə Albaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Xorvatiya, Finlandiya, İrlandiya, Lüksemburq, Monako, Çernoqoriya, Norveç, Portuqaliya, Rumıniya, Serbiya və Slovakiyadır.
 
Andorra, Çexiya, Estoniya, Macarıstan, İslandiya, Latviya, Lixtenşteyn, Litva, Malta, Moldova, Polşa, San Marino, Sloveniya və İsveçrə isə təhlükəsiz ölkələr kateqoriyasına aid edilib.
 
 
 

Şərhlər