İspaniyanın daha bir şəhəri qondarma “erməni soyqırımı”nı tanıdığını bəyan etdi

29.07.2016 13:12     Dünyadan reaksiya     1042

İspaniyanın Alikante şəhərinin şəhər şurası Osmanlı Türkiyəsində “erməni xalqının genosidə məruz qalması” (uydurma tarixi təhriflərlə-red.) barədə bəyanat qəbul edib.

Musavat.com Ermənistan saytlarına istinadən bildirir ki, bu barədə məlumat Alikante şəhərinin rəsmi internet səhifəsində yerləşdirilib.
 
Alikante şəhər şurasının deputatları “erməni xalqı ilə həmrəylik nümyiş etirdiklərini” də bəyan ediblər.
 
Bundan başqa sənəddə 24 aprelin xatirə günü olaraq qeyd edilməsi ilə bağlı Alikante şəhərini meriyasına çağırış edilib.
 
Ermənistan Xarici işlər nazirliyinin məlumatına əsasən bəyanatın  qəbul edilməsi ilə bağlı İspaniyada fəaliyyət göstərən “Ermənistan” assosiasiyası çıxış edib. Bəyanat bütün siyasi partiyalardan olan əksər deputatlar tərəfindən dəstəklənib.
 
Məsələ ilə bağlı Türkiyə tərəfindən rəsmi reaksiya verilməyib.
 
Erməni saytlarının yazdığına əsasən artıq İspaniyanın 12 şəhəri qondarma soyqırımı tanınması ilə bağlı müvafiq qətnamə qəbul ediblər.
 

Şərhlər