ABŞ-da təcili tibbi yardım təyyarəsi qəzaya uğrayıb, ölənlər var
30.07.2016 08:44 Dünyadan reaksiya 1018
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Piper PA31 təyyarəsi Oreqon ştatı ilə sərhəddə meşəlik əraziyə düşüb.
Təyyarənin göyərtəsində 2 pilotla yanaşı tibb işçisi və xəstə olub. Hadisə nəticəsində 2 nəfərin öldüyü təsdiqlənib. Digər iki nəfərin taleyi barədə məlumat verilmir. Qəzanın səbəbləri məlum deyil.
Polis və ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.
Şərhlər