Türkiyədə polis məntəqəsinə hücum edilib, yaralanan var

30.07.2016 09:12     Dünyadan reaksiya     1086

PKK terrorçuları Türkiyənin Bitlis vilayətində jandarma məntəqəsinə hücum edib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, asayiş keşikçiləri Bitlis-Diyarbakır yolunda yerləşən məntəqəni iriçaplı silahlardan atəşə tutub.

 

Terrorçularla yaranan atışma zamanı 1 polis əməkdaşı yaralanıb. Xəstəxanaya çatdırılan yaralının həyatına təhlükə olmadığı bildirilir.   Terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır.

 

Reaksiya.az

Şərhlər