Bağdadinin müavini öldürüldü
30.07.2016 13:07 Dünyadan reaksiya 1086
İŞİD lideri Əbubəkr Bağdadinin müavini öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə İraqın dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, İraqın xüsusi xidmət orqanları Suriya ilə sərhəddə yerləşən Əl-Əli bölgəsində İŞİD liderlərinin iştirakı ilə toplantı keçirildiyi barədə məlumat əldə edib.
Ardınca İraq ordusuna məxsus təyyarələr Bağdadinin müavinlərindən birinin rəhbərlik etdiyi toplantının keçirildiyi binaya hava zərbələri endirib.
Nəticədə onlarla terrorçu öldürülüb.
Şərhlər