Rusiya və İran Xəzərdə plan qurur
30.07.2016 15:15 Dünyadan reaksiya 977
Rusiya Xəzər dənizinin özünə aid hissəsində İranla birgə nəqliyyat-logistika kompleksi yarada bilər.
Milli.Az report-a istinadən bildirir ki, İranın Şimali Qafqaz məsələləri üzrə Nazirliyin xəbərində qeyd edilib ki, hazırda dövlətlərarası işçi qrupu çərçivəsində Xəzərin Rusiyaya məxsus dərinsulu və donmayan hövzəsində bu cür beynəlxalq nəqliyyat habının yaradılması ideyasının perspektivləri öyrənilir.
Layihənin Hind okeanına çıxış üçün zəruri infrastruktur şəbəkəsini yaradacağı gözlənilir.
Hazırda İran ilə Rusiya arasında dəniz əlaqəsi sonuncunun Xəzərdəki Olya limanı vasitəsilə reallaşdırılır.
Şərhlər