Yerevandakı polis binasını tutan qruplaşmanın iki üzvü həbs olunub

30.07.2016 17:03     Dünyadan reaksiya     989

Məhkəmə Yerevanda post-patrul xidmətinin binasını ələ keçirmiş qruplaşmanın iki üzvünü - Qaqik Yeqiazaryan və Arom Akopyanı iki aylıq həbs edib.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, tutulanların vəkili bildirib: "Ötən gecə məhkəmə istintaqın vəsatətini təmin edərək, Q.Yeqiazaryan və A.Akopyanın barəsində qarşı həbs qətimkan tədbiri görüb".

Qeyd edək ki, həbs edilənlər iyulun 27-də polislə atışmadan sonra hüquq-mühafizə orqanlarına təslim olublar.

 

Reaksiya.az

Şərhlər