İraqda terrorçular qaz-kompressor stansiyasına hücum ediblər
31.07.2016 10:49 Dünyadan reaksiya 990
Bu gün terrorçular İraqın şimalında, Kərkük şəhərindən 15 km aralıda yerləşən AB2 qaz-kompressor stansiyasına hücum ediblər.
Hücum zamanı obyekti mühafizə edən polis əməkdaşları ilə silahlılar arasında atışma baş verib.
"Report" xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən "Reuters" məlumat yayıb.
Hazırda polislərin obyektə nəzarəti ələ keçirib-keçirmədikləri məlum deyil. Agentliyin məlumatına görə, hücum nəticəsində ölən və yaralananların olma ehtimalı var.
Hücuma görə heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.
Şərhlər