Polşada 150 nəfər dərmandan zəhərləndi

12.07.2015 23:21     Dünyadan reaksiya     1690

Polşada 150 nəfər sintetik dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilib. 

ANS PRESS-in məlumatına görə, zəhərlənənlər arasında bir neçə nəfərin vəziyyəti ağırdır. Zəhərlənmə hallarının əksəriyyəti Katovitse şəhərində baş verib.

Hökumət sözügedən dərmanı iyul ayının əvvəlində qadağan olunmuş preparatlar siyahısına daxil edib. Lakin indiyə kimi dərmanın satışı təşkil olunub. 

Polis sintetik maddənin yayılmasında şübhəli bilinən 3 nəfəri saxlayıb. 

Təqsirləri sübuta yetiriləcəyi təqdirdə onları 10 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Şərhlər

Çox oxunanlar